Manaf Ağayev həbsinin təfərrüatını danışdı

2022-06-18 10:07:00

Manaf Ağayev həbsinin təfərrüatını danışdı

Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərinə qanunsuz səfər etdiyi üçün haqqında 15 sutka inzibati həbs cəzası kəsilən müğənni Manaf Ağayev həbsinin təfərrüatı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Hurriyyet.az "Teleqraf.com" xəbər verir ki, Manaf Ağayev bu sözləri deyib:

"Mənim 60 yaşım var, nə bizi saxladılar, nə də bizə söz dedilər. Biz kimik ki, polisə nəsə deyək?! Hadisənin üstündən dörd ay keçib, polisə necə müqavimət göstərə bilərdim? Elə bir kişi var ki, polisə müqavimət göstərsin?! Manafı istəməyənlər, "Manaf Ağayev avtomobillə buradan keçdi, xətti tapdaladı" və sair deyirlər".

Qeyd edək ki, Qafqazinfo.az saytı müğənninin 4 ay əvvəlki həbsi ilə bağlı bir sıra təfərrüatları yayıb.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya