Manaf Ağayev Aşıq Zülfiyyəyə görə həyatına nifrət edib, bəs aşıq nə deyir?

2022-11-24 21:01:00

Manaf Ağayev Aşıq Zülfiyyəyə görə həyatına nifrət edib, bəs aşıq nə deyir?

"Mən tək olanda avtomobili sürətlə idarə edirəm. Amma yanımda adam olanda sürəti azaldıram”.
Hurriyyet.Az bildirir ki, bunu Qaynarinfo-ya aşıq Zülfiyyə İbadova müğənni Manaf Ağayevin ona qarşı səsləndirdiyi tənqidi fikirlərə aydınlıq gətirərkən deyib. Aşıq həmkarının tənqidləri ilə razılaşmadığını vurğulayıb:
"Əvvəllər hamı avtomobili sürətlə sürürdü. İndi radar olduğundan hamı sürət həddini azaldıb. Biz məclisə gecikirdik, Manaf Ağayev dedi ki, gəl bir sürücü ilə danışaq, bizi aparsın. Razı olmadım, dedim ki, avtomobili mən sürərəm. Odur ki, avtomobili sürətlə sürdüm. Baxdım bu, yaman qorxur. Axırda dedi ki, şükür, salamat çatdıq, həyatıma nifrət elədim. Mən də dedim ki, əsas odur, mən səni məclisə çatdırdım, sən bundan danış”.
Aşıq Zülfüyyə bunların hamısının cavanlıq səhvi olduğunu deyib:
"İndi istəsələr də, həmin sürətlə avtomobil sürmərəm, qanun-qayda ilə yola çıxıram.
Qeyd edək ki, müğənni Manaf Ağayev aşıq Zülfiyyə İbadovanın avtomobil idarə etməsini pisləyib. Sənətçi "Zülfiyyə maşını yüksək sürətlə sürür. Avtomobillə oynamaq olmaz. Bir dəfə Zülfiyyə xanımla yol getmişəm, həyatıma nifrət eləmişəm. Zülfiyyə xanım avtomobili yüksək sürətlə - 200 sürətlə sürürdü”.

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.120428