“Maliyyə naziri Rəfael Əliyev kirayə pulumu əsassız yerə kəsdi”-  Ehtiyatda olan hərbi qulluqçu etiraz edir…

2022-12-27 14:38:00

“Maliyyə naziri Rəfael Əliyev kirayə pulumu əsassız yerə kəsdi”-  Ehtiyatda olan hərbi qulluqçu etiraz edir…

Bakı şəhər sakini, ehtiyatda olan hərbi qulluqçu, baş gizir İsmayilov Dadaş Fəxrəddin oğlu tərəfindən “Hürriyyət” qazetinin redaksiyasına şikayət məktubu daxil olub.

Dadaş İsmayilov deyir ki, 23.12.1973-cü ildə Naxçıvan şəhərində doğulub və Bakı şəhərində kirayədə yaşayır. Şikayətçinin sözlərinə görə, maliyə naziri tərəfindən kirayə pulu səbəbsiz yerə kəsilib:

“Mən, Bakı şəhərində kirayədə yaşayan, ehtiyatda olan hərbi quluqçu, baş gizir İsmayilov Dadaş Fəxrəddin oğlu, yazıb sizdən xahiş edirəm ki, kirayə pulumun yenidən bərpa olunub, mənə verilməsi üçün köməklik göstərəsiniz.

Mən 1992-ci ildən 2011-ci ilə kimi Azərbaycan silahlı qüvvələrində xidmət etmiş və bir çox döyüş tapşırıqlarını icra etmişəm. Cavanlığımı vətən, torpaq  uğrunda qurban verdim.  1995-ci ildən 1998-ci ilə kimi ordu quruculuğu üçün Türkiyənin İzmir şəhərində yerləşən “Narlıdərə” İstehkam Okulunda muhəndis qoşunları üzrə istehkam xüsusi təyinatlı qoşunlarının  ixtisas artırma kursu keçmisəm və ximət etdiyim müddətdə heç bir qusurum olmayıb. Qusursuz xidmətlərə görə 2-ci və 3-cü  dərəcəli medallarla təltif olunmuşam.

2011-ci ildə xidmət müddətim başa çatdığı üçün Azərbaycan Respublikası müdafiə nazirinin 14 yanvar 2011-ci il tarixli qərarı ilə xidmət müddətim başa çatdığına görə, baş gizir rütbəsi ilə ehtiyata buraxlmlşam. Bu günə kimi də 4 ailə üzvümlə birgə  kirayədə yaşayıram.

2011-ci ildən 2020-ci ilə kimi Naxçıvan şəhər İcra hakimiyyəti tərəfindən kirayə pulu ilə təmin olunurdum. 2022-ci ildən NMR-in maliyyə naziri Əliyev Rəfael Rza oğlu (hazırda həbsdədir - red.) tərəfindən kirayə pulum əsassız yerə kəsildi. Bir çox yerlərə müraciət etsəm də, cavab ala bilmədim.

Naxçıvan İH tərəfindən bildirdilər ki, kirayə pulunu Naxçıvan maliyyə naziri kəsib. Maliyyə naziri prezidentin qərarını heçə sayıb, mənim kimi ehtiyyatda olan zabitin pulunu mənimsəyir. Əgər bu kirayə pulu mənə şamil edilmirdisə, necə olur ki, 2020- ci ildən bu pulla təmin olunmuşdum. Xahiş edirəm, bu məsələnin araşdırılmağında mənə köməklik göstərəsiniz”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Mövzunu araşdıracağıq. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.144558