Makronun Ukrayna vədi: "30 dövlət buna hazırdır"
2025-02-25 11:45:18
Hurriyyet.az xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron təqribən 30-a yaxın Avropa dövlətinin Kiyevə təhlükəsizlik təminatı verməyə hazır olduğunu bəyan edib. Makron bu sözləri "Foks Nyus" telekanalına müsahibəsində söyləyib: "Avropanın 30 dövlətinin liderləri və müttəfiqlərlə danışmışam, onların əksəriyyəti hər hansı bir şəkildə bu sövdələşmənin, təhlükəsizlik təminatının bir hissəsi olmağa hazırdır".
Makron qeyd edib ki, həmin dövlətlər Rusiyanın razılaşmaları pozması ehtimalına qarşı, Birləşmiş Ştatlardan "həmrəylik siqnalı"nı gözləyirlər.
Hürr Tərcüman
