Saat:20:03
Haqqımızda

Makronun telefonunu və nömrəsini dəyişməsinin səbəbi nədir?

2021-07-23 14:10:00

Makronun telefonunu və nömrəsini dəyişməsinin səbəbi nədir?

Hurriyyet.org xəbər verir ki, İsrailin NSO Qrup şirkətinin hazırladığı “Peqasus” casus proqramı vasitəsi ilə Mərakəş kəşfiyyatının Fransa Prezidenti Emmanuel Makronun izlənildiyi xəbəri yayılandan sonra Makron cib telefonunu və telefon nömrəsini dəyişib.

Son günlərdə Forbidden Stories (Qadağan Edilmiş Hekayələr) beynəlxalq jurnalist təşkilatı tərəfindən yayılan xəbərlərdə iddia edilir ki, Fransanın keçmiş müstəmləkəsi olan olan Mərakeşin kralı IV Məhəmmədin sifarişi ilə  Fransa prezidenti Makronun, Fransa keçmiş baş naziri Eduard Filip və 14 digər nazir başda olmaqla min nəfərdən çox Fransa vətəndaşının telefonu dinlənilib.

İddiaya görə, Makronun 2017-ci ildən bəri istifadə elədiyi ağıllı (smart) telefon cihazı 2019-cu ilin martından izlənilir.

Mərakeşin dinlədiyi fransızlar arasında xeyli sayda jurnalist və siyasətçinin də olduğu bildirilir. Dinlənilən jurnalistlərin şikayəti əsasında, Paris Baş Prokurorluğu istintaq başladıb, Mərakeş rəhbərliyi isə xəbərləri təkzib edib.

Proqram telefonda gizli şəkildə telefona yükləndikdən sonra mikrafonu və kameranı da aça bilir. Maraqlıdır ki, 50 mindən çox insanın dinlənildiyi bildirilən siyahıda Mərakeş kralının da adı var.

O halda özü Fransa prezidentini dinləyən Mərakeş kralına kim qulaq asıb?

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR