Saat:03:38
Haqqımızda

"Makronun Azərbaycana növbəti təzyiq oyununun məhz belə bitəcəyi öncədən bəlli idi" - SAHİB ALIYEV

2024-05-01 12:05:10

"O üzdən də Azərbaycan Ann Buayon məsləhətləşmək üçün geri çağırılanda buna qarşılıq vermədi"

"Azərbaycan Prezidenti cənab İlham Əliyevin Almaniyaya səfəri zamanı üzə çıxan reallıq Fransanın "kollektiv qərb" adlandırılan çevrəni ölkəmizin əleyhinə səfərbər etmək cəhdinin perspektivsizliyinin bəlkə də artıq yüzüncü və Yelisey sarayındakılar üçün olduqca üzücü təsdiqi idi". Hurriyyet.az-ın məlumatına görə, bunu millət vəkili Sahib Alıyev qeyd edib.

Millət vəkili bildirib ki, Azərbaycandakı səfirlərini "məsləhətləşmək" üçün Parisə dəvət edənlər görünür, bunu anladılar, ona görə xanım Buayon artıq Bakıya qayıdıb: "Açığı, Makronun Azərbaycana növbəti təzyiq oyununun məhz belə bitəcəyi öncədən də bəlli idi. O üzdən də Azərbaycan Ann Buayon məsləhətləşmək üçün geri çağırılanda buna qarşılıq vermədi. Yəni, Fransadakı səfirimiz öz fəaliyyətini orada davam etdirdi".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.152336