Makronu Azərbaycana müdaxilə eləməyə çağırdılar – 11 nəfər fransalı siyasətçidən açıq məktub

2022-12-28 13:18:00

Makronu Azərbaycana müdaxilə eləməyə çağırdılar – 11 nəfər fransalı siyasətçidən açıq məktub

Azərbaycanın Qarabağ iqtisadi rayonu üzərindəki hava məkanının Azərbaycana qapadılması kimi sərsəm tələblər irəli sürülüb

Hurriyyet.az “Vestnik Kavkaza” nəşrinə istinadla xəbər verir ki, bir qrup Fransa siyasətçisi ölkə Prezidenti Emmanuel Makronu Azərbaycana müdaxilə eləməyə çağırıblar.

 “Le Monde” qəzetində 11 nəfər fransalı siyasətçinin Prezident Emmanuel Makronu Ermənistanı protektorat (müstəqilliyini formal olaraq saxlayan zəif dövlətin daha güclü dövlətdən faktiki asılılıq forması – red.) altına almağa və “Qarabağı ələ keçirmək üçün” hərbi müdaxilə eləməyə çağırıblar.

Məktubu Fransa Respublika Partiyasının Prezidenti Erik Çotti, Fransa Respublika Partiyasının Baş katibi, deputat Olivye For, Demokratlar və Müstəqillər Birləşmiş Partiyasının Prezidenti senator Erve Marsel, Fransa Kommunist Partiyasının Baş katibi Fabyen Russel, Senatın Xarici İşlər, Müdafiə və Silahlı Qüvvələr Komitəsinin sədri Kristian Kambo, Senatda Respublikaçılar fraksiyasının sədri Bruno Ratayo, Senatda Kommunistlər frkasiyasının sədri Elian Asassi, Senatda Ekologiya Komitəsinin sədri GiyomQontar, Senatda Sosialist-Ekoloqlar fraksiyasının sədri Patrik Kanner, Senatda “Fransa-Ermənistan” dostlq qrupunun sədri Jilber-Lük Devinaz və senator Pyer Uzuliya imzalayıblar.

Başqa sözlə deyilsə, məktubu imzalayanlar Fransa hökumətindən Ermənistan tərəfindən Azərbaycanın Qarabağ iqtisadi zonasında qurulmuş separatçı rejimin dövlətçiliyini tanımasını tələb edən qətnamıni qəbul edən şəxslərdir. Məhz bu şəxslər əvvəllər Yelisey sarayını Bakıya qarşı sanksiyalar qəbul eləməyə çağırmışdılar – onlar Fransadakı erməni diasporu icmasının maraqlarının lobbiçiləridirlər. Onların vəzifələri erməni diasporasının Azərbaycan ərazilərinin yenidən işğal edilməsini istəyən millətçilərinin hazırda yerli siyasətçilər üzərində nə qədər güclü nüfuza malik olduğunu göstərir.  

Erməni millətçiləri tərəfindən satın alınmış siyasətçilər Makrondan “Ermənistanın təhlükəsizliyini təmin eləməyi” və Qarabağı Azərbaycandan almağı tələb edirlər. Sənəddə Bakı əslində Ermənistanın otuz il ərzində Azərbaycan torpaqlarında törətdiyi bütün cinayətlərdə ittiham edilir, Azəraycana böhtanlar atılır.

Məktubda Azərbaycanla yeni mühariəyə başlaması üçün Ermənistana yardım edilməsi “Fransanın fundamental dəyərləri” siyahısına aid edilir. Onların fikrincə, rəsmi Bakıya qarşı bunlar edilməlidir: rəsmi ittiham, Aİ və ABŞ tərəfindən sanksiyalar, Azərbaycana BMT sülhməramlılarının göndərilməsi üçün Beynəlxalq Cinayət Məhkəməsində iddia qaldırmaq, Qarabağ iqtisadi rayonuna müdaxilə eləmək, işğalçılar tərəfindən Xankəndində tikilmiş aeroportın qeyri-leqal fəaliyyətə başlaması, Qarabağ üzərindəki səmanın Azərbaycan üçün de-fakto olaraq bağladılması.

Lobbiçilərin yazdığına görə, əgər Makron Fransadakı erməni millətçilərin istədiklərini eləsə, o bununla dünyaya isbat edəcək ki, “Fransa böyükdür və dünya dəyərlərinə, öz mənəvi və şərəf borcuna sadiqdir, millətin əsasını təşkil edən humanitar ideallarının müdafiəsi üçün uzağı görməyən siyasi və iqtisadi strategiyalardan imtina edə bilir”.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.155763