Makronla Zelenski birgə bəyannamə qəbul ediblər

2023-05-15 11:07:00

Makronla Zelenski birgə bəyannamə qəbul ediblər

Hurriyyet.az “Ukrainskaya pravda” nəşrinə istinadla xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski ilə fransalı həmkarı Emmanuel Makron birgə bəyannamə qəbul ediblər. Bəyannamədə Parisin Ukraynanın NATO üzvlüyünə doğru irəliləməsini dəstəklədiyi bildirilir.

Bəyannamədə deyilir: “Fransa NATO çərçivəsində Ukraynaya birbaşa dəstəyə diqqət yetirməyə davam edir”.

Eyni zamanda, “Fransa Buxarest Bəyannaməsinə uyğun şəkildə Ukraynanın Avro-Atlantik ailəyə doğru irəliləməsinə kömək etmək məqsədilə hazırkı əməkdaşlığı daha da gücləndirmək və genişləndirmək üçün platforma kimi Ukrayna-NATO Komissiyasını tam dəstəkləyir”.

Bəlli olduğu kimi, bu bəyannamə Ukraynanın tamhüquqlu üzvlük yolunu müəyyən edir, lakin Üzvlük Fəaliyyət Planı mərhələsindən keçmək şərti ilə.Bi isə indi Kiyevi qane etmir. Bəyannamədə ayrıca paraqraf kimi qeyd olunur: “Ukrayna ilə Fransa bu məsələlərin 2023-cü ilin iyulunda Vilnüsdə keçiriləcək NATO sammitində həllini səbirsizliklə gözləyirlər”.

Ukraynanın Prezident Ofisinin rəhbərinin müavini İqor Jovkva sənədi şərh edərək deyib: “NATO ilə bağlı oxşar redaksiyalı bəyannamənin qəbulu əvvəllər sadəcə olaraq mümkün deyildi. Birgə bəyannamə Avro-Atlantik istiqamətdə Ukraynaya dəstəyi daha bir sanballı səslə gücləndirmək imkanı verdi”.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.209886