Makrondan Putinlə bağlı ÇAĞIRIŞ

2022-09-22 00:23:00

Makrondan Putinlə bağlı ÇAĞIRIŞ

Fransa Prezidenti Emmanuel Makron beynəlxalq ictimaiyyəti Rusiya Prezidenti Vladimir Putinə maksimum təzyiq göstərməyə çağırıb.

Bu barədə “Reuters” məlumat yayıb.

O, qeyd edib ki, belə siyasət Ukraynada münaqişənin dayandırılmasına kömək edəcək.

“Nüvə gücləri indi məsuliyyətlə hərəkət etməlidir”, - Makron əlavə edib.

ABŞ Prezidenti Cozef Bayden isə BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 77-ci sessiyasında çıxışı zamanı bildirib ki, Rusiya nüvə silahının yayılmaması ilə bağlı beynəlxalq müqavilələri pozaraq Avropaya nüvə təhdidləri edir. Onun sözlərinə görə, ABŞ Şimali Atlantika Alyansı ölkələrinin ərazisinə Rusiyanın potensial hücumunun qarşısını almaq üçün müttəfiqləri ilə işləyir. \\Report


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.113111