Makron Zelenskinin Avropadan istəyinə “real deyil” cavabını verdi

2022-05-10 16:56:00

Makron Zelenskinin Avropadan istəyinə “real deyil” cavabını verdi

Hurriyyet.az CNN Türk kanalına istinadla xəbər verir ki, Rusiya ilə artıq 76 gün müharibə şəraitində olan Ukrayna dövlətinin prezidenti Volodimir Zelenski  ölkəsinin tez bir zamanda Avropa İttifaqının üzvü olacağına inandığını bildirib. Zelenski Avropa İttifaqına qəbul prosesinin sürətləndiriməsini nəzərdə tutaraq deyib: “Ölkəmizin Avropa İttifaqına namizəd statusu alması haqqında iyun ayında müsbət cavab eşidəcəyimizi gözləyirik”.

Avropa İttifaqının hazırkı başçısı, Fransa Prezidenti Emmanuel Makron isə bu məsələ ilə bağlı açıqlamasında deyib: “Ukraynanın yaxın zamanda Avropa İttifaqına qəbul edilməsi real deyil”.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya