Saat:07:23
Haqqımızda

Makron Vaşinqtona gedir - "Ukrayna da danışıqlar masasında oturmalıdır"

2025-02-20 15:41:06

Makron Vaşinqtona gedir -

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron  ABŞ Prezidenti Donald Trampla danışıqlar aparmaq üçün Vaşinqtona səfər edəcək. Görüşün gələn həftə keçiriləcəyi bildirilir.
Bu barədə Fransa XİN-in Avropa məsələləri üzrə nümayəndə naziri Bencamen Addad LCI kanalına müsahibəsində məlumat verib.
Addad deyib: "Gələn həftənin əvvəlində Makron Avropanın Ukrayna ilə bağlı mövqeyini çatdırmaq üçün Tramp ilə görüşə yollanacaq. O, Ukraynanın gələcəyinin onun iştirakı olmadan həll edilməli olmayacağını da bildirəcək".
Diplomatın sözlərinə görə, Aİ ölkələrinin Rusiyaya iqtisadi təzyiq göstərmək üçün bir neçə yolu var və Avropa təhlükəsizlik təminatı verə biləcək.
Britaniyanın Baş naziri Kir Starmerin də Ukrayna münaqişəsinin həlli yollarını müzakirə etmək üçün ABŞ-a səfər edəcəyi gözlənilir.
Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.149474