Makron: “Ukraynaya göndərilən silahlarla Rusiya ərazisi vurulmamalıdır”
/cloudfront-eu-central-1.images.arcpublishing.com/lexpress/2KBVI7ZOHZH5JPESVF7OMQTS5E.jpg)
Hurriyyet.az xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron yanvarın 30-da, Haaqada mətbuat konfransı zamanı çıxışında Qərbin Ukraynaya verdiyi silahlardan Rusiya ərazisinə zərbə vurmaq üçün istifadə edilməməli olduğunu söyləyib.
Makron Fransanın Ukraynaya təyyarə tədarük etməyə hazır olub-olmadığı barəsindəki sualın cavabında deyib: “Heç nə istisna deyil, lakin üç meyar əsas götürülməlidir.
Birincisi, bu cür tədarüklərin Ukrayna ordusu üçün, o cümlədən, heyət üzvlərinin təliminin davamiyyəti baxımından faydalılığı.
İkinci meyar – bu tədarüklər münaqişəni alovlandırmamalıdır. Bizim göndərdiyimiz silahlar Rusiya ərazisinə toxunmamalı, Ukraynanı müdafiə eləməlidir.
Üçüncü meyar – bu silah tədarükləri bizim müdafiə qabiliyyətimizi zəiflətməməlidir”.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya