Makron: “...Ukrayna vasitəsilə avropalılar ilə amerikalılar Rusiyanın təhlükəsizliyini təhdid ediblər...”

2023-01-09 11:55:00

Makron: “...Ukrayna vasitəsilə avropalılar ilə amerikalılar Rusiyanın təhlükəsizliyini təhdid ediblər...”

Fransa Prezidenti: “Putin hamımızın məsiliyyətini öz üzərinə götürüb”

Hurriyyet.az xəbər verir ki, BFM kanalının verdiyi xəbərə görə Fransa Prezidenti Emmanuel Makron televiziyanın efirindəki çıxışında Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə 2022-ci ilin əvvəlində apardığı danışıqlar barəsində fikrini bildirib.

Makron deyib: “Onunla görüşəndə sizdə xoşagəlməz adam təəssüratı yaratmır. Bu, paradoksdur. O, izah eləməyə çalışır ki, Ukrayna onu təhdid edib, Ukrayna vasitəsiilə avropalılar ilə amerikalılar Rusiyanın təhlükəsizliyini təhdid ediblər. Mənim fikrimcə, bu, belə deyil. Onun bu müharibəyə başlamaq qərarına gəlməsinin əsas səbəbi əraziləri qaytarmaq, Rusiyanın genişləndirmək və əvvəllər mövcud omuş imperiyanın perimetrini müəyyən mənada bərpa eləməkdir. Ona görə də o, öz xalqının, Ukraynanın xalqının və bizim hamımızın əvəzinə öz üzərinə böyük məsuliyyət götürüb”.

Hürr Tərcüman

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.193524