Saat:21:12
Haqqımızda

Makron Qafqaza niyə gəlir?

2023-09-07 00:01:40

Makron Qafqaza niyə gəlir?

Fransa Prezidenti Emmanuel Makronun Azərbaycan və Ermənistana səfər edəcəyi gözlənilir. Səfər sentyabrın 9-10-a nəzərdə tutulub. Erməni teleqram kanallarının məlumatına görə, E. Makron əvvəl Ermənistana, sonra Azərbaycana gələcək. Bəs, Azərbaycan bu səfərdən nə gözləməlidir?

Mövzu ilə bağlı News24.az-a danışan keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bildirdi ki, Makronun Ermənistan və Azərbaycana səfəri vasitəçilik kimi qiymətləndirilə bilər:

"Azərbaycan Fransanın, xüsusilə Makronun  cəhdlərinə etibar etmir. Bu baxımdan onun Ermənistan və Azərbaycana səfəri vasitəçilik kimi qiymətləndirilə bilər. Ancaq Azərbaycan Fransanın vasitəçilik cəhdlərini qəbul etmir. Qəbul etmək niyətində də deyil. Sözügedən səfər baş tutarsa, Fransanın əsas məqsədi Ermənistanın yanında olduğunu göstərmək və Azərbaycana təzyiq göstərmək olacaq. Düşünürəm ki, indi Fransanın Azərbaycana təzyiq göstərmək imkanı yoxdur. Lakin istisna deyil ki, Fransa Ermənistanın BMT-dəki uğursuzluğundan sonra Avropa İttifaqı səviyyəsində Azərbaycana qarşı qərarlar qəbul etdirmək istəyəcək. Ancaq bu ehtimal da sual altındadır. Çünki Azərbaycanın mövqeyinə dəstək verən ölkələr Avropa İttifaqında kifayət qədər var. Səfər baş tutarsa, buna bənzər hadisələrin baş verməsi istisna olunmur". 

Qumral Əliyeva 

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.205523