Saat:11:50
Haqqımızda

Makron: İranda hakimiyyəti zorla dəyişmək strateji səhv addımdır

2025-06-17 23:32:30

Makron: İranda hakimiyyəti zorla dəyişmək strateji səhv addımdır

İranda hakimiyyəti kənardan zorla dəyişmək istəyi strateji səhvdir.

Bunu Fransa prezidenti Emmanuel Makron Kanadada G7 zirvə görüşündə jurnalistlərə açıqlamasında deyib. 

“Kənardan zərbə endirməklə ölkəni onun iradəsinə zidd olaraq xilas edə biləcəyinizə inanan hər kəs həmişə yanılmışdır”, - o qeyd edib.

Onun sözlərinə görə, keçmişdə zərbələr və ya hərbi əməliyyatlar vasitəsilə rejimləri dəyişməyə cəhd edənlərin hamısı strateji səhvlərə yol veriblər. "Təcrübə bunu bizə göstərir", - Makron vurğulayıb.

İsraillə İranın qarşıdurmasını şərh edən Fransa prezidenti hər iki tərəfi mülki hədəflərə hücumu dayandırmağa çağırıb. “Enerji infrastrukturuna, mədəni və inzibati obyektlərə, xüsusən də mülki şəxslərə qarşı bütün hücumların dayandırılması tamamilə zəruridir”, - Makron bildirib.

Mürtəza
Ölkə.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.214647