Makron: “Fransa üzr istəməli deyil”

2023-01-12 18:41:00

Makron: “Fransa üzr istəməli deyil”

Hurriyyet.az xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron “Le Point” jurnalına müsahibəsində müstəmləkəçilik dövründə Fransanın törətdiyi əməllərə görə Əlcəzair xalqından üzr istəmək lazım olmadığını söyləyib.

Makron deyib: “Üzr istəməyin zəruri olduğunu hesab eləmirəm. Çünki bu addım bütün əlaqələri qıra bilər. Üzr istədiyimizi və sonra hərəmizin öz yolu ilə gedəcəyini söyləmək ən pis variant olardı”.

2020-ci ildə fransız tarixçi və Şimali Afrika üzrə mütəxəssis Bencamin Stora hesabat dərc edərək Əlcəzair ilə Fransanı barışdırmaq üçün üzr istəməyi məsləhət görmüşdü.

Makron isə: “Müharibə olub. Üzr istəsən də, istəməsən də, artıq heç nəyi dəyişə bilməzsən”, - deyərək Əlcəzair Prezidenti Əbdülməcid Tebbunu bu il Fransaya səfərə dəvət edib.

Xatırladaq ki, Fransa ilə Əlcəzair arasında münasibətlər 2021-ci ilin oktyabrında pisləşib. “Le Monde”nin yazdığına görə, Makron Əlcəzairin rəsmi tarixinin ölkə rəhbərliyi tərəfindən sifarişlə qəsdən Fransaya nifrət ruhunda yazıldığını iddia edilmişdi. Münasibətlər Fransa Prezidentinin 2022-ci ilin avqustunda Əlcəzairə səfər etməsi ilə düzəlməyə başladı.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.235593