Makron Ermənistana: “Şəxsi sadiqliyimə arxalana bilərsiniz”

2022-09-21 12:34:00

Makron Ermənistana: “Şəxsi sadiqliyimə arxalana bilərsiniz”

Emmanuel Makron Ermənistan prezidenti Vaaqn Xaçaturyana Ermənistanın Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.

Hurriyyet.az xəbər verir ki, Fransa prezidenti məktubda qeyd edir:

“Ermənistan demokratiyanın və qanunun aliliyinin möhkəmləndirilməsi istiqamətində göstərdiyi səylərdə Fransanın tam dəstəyinə arxalana bilər. Fransa regionunuzda sabitlik, sülh və firavanlıq naminə fəaliyyətini davam etdirmək əzmindədir.

Fransa Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesini, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı və ondan irəli gələn məsələlərin həllini qətiyyətlə dəstəkləyir. Həmçinin, Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi öz roluna tam sadiq qalaraq, tərəflər arasında dialoqun təşviqi üzrə Avropa İttifaqının səylərini dəstəkləyir. Bu baxımdan, siz mənim xalqlarımızın mənafeyinə şəxsi sadiqliyimə arxalana bilərsiniz”.

Yenisabah.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.056145