Saat:20:09
Haqqımızda

Makron beynəlxalq hərbi sammit keçirir - ABŞ DƏVƏT EDİLMƏYİB

2025-03-11 10:06:13

Makron beynəlxalq hərbi sammit keçirir - ABŞ DƏVƏT EDİLMƏYİB

Hurriyyet.az xəbər verir ki, Ukraynanın təhlüəsizliyi üçün beynəlxalq qüvvələrin yaradılmasını müzakirə etmək məqsədi ilə, martın 11-də Parisdə keçiriləcək hərbi sammitdə Birləşmiş Ştatlar təmsil edilməyəcək. 
Bu barədə "Associated Press" agentliyi məlumat verib.
Agentliyin məlumatına görə, ABŞ-ın sammitə dəvət edilməməsinin səbəbi Avropa ölkələrinin Ukraynada atəşkəsdən sonra sülhü dəstəkləmək üçün məsuliyyəti öz üzərinə götürə bilmək qabiliyyətini nümayiş etdirmək istəyidir.
Parisdəki danışıqlarda NATO-nun ABŞ-dan savayı demək olar ki,  32 üzvünün hamısının hərbi qərargah rəislərinin və ya onların təmsilçilərinin iştirak edəcəkləri xəbər verilir. Xorvatiya və Monteneqro da görüşə dəvət ediliblər.
Hərbçilər sammit zamanı Fransa ilə Britaniyanın təklif etdikləri beynəlxalq təhlükəsizlik qüvvələri məsələsini müzakirə edəcəklər. Atəşkəs razılaşması əldə ediləcəyi təqdirdə, həmin qüvvələr Rusiyanın yenidən irimiqyaslı hücuma keçməsinin qarşısını almalıdırlar.
Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.251936