Makron: “Avropa ölkələri Kabulda birgə səfirlik aça bilər”
Hurriyyet.az “İnterfaks” agentliyinə istinadən xəbər berir ki, Fransa Prezidenti Emmanuel Makron bir sıra Avropa ölkələrinin Əfqanıstanda birgə diplomatik missiya açmaq niyyətində olduqlarını bildirib. Makron bu sözləri Doha şəhərində jurnalistlərin suallarına cavab verərkən söyləyib: “Biz bir neçə Avropa ölkəsi olaraq, Əfqanıstanda səfirlərimizin olması üçün ümumi məkanın yaradılması üzərində düşünürük”. Fransa Prezidenti qeyd edib ki, bu addım “Taliban” təşkilatının siyasi cəhətdən tanınması demək olmayacaq.
Avqust ayında taliblər Əfqanıstanda hakimiyyətə gəldikdən sonra bir sıra Qərb ölkələri öz diplomatlarını Əfqanıstandan çıxarmışdılar.
Bu yaxınlarda Avropa İttifaqı Kabulda öz missiyasının açılmasının mümkün olduğu xəbərini vermişdi.
Hürr Tərcüman