Saat:09:45
Haqqımızda

“MakDonalds” Rusiyanı birdəfəlik tərk elədi – 850 şöbənin yeni sahibi kimdir?

2022-05-20 16:15:00

“MakDonalds” Rusiyanı birdəfəlik tərk elədi – 850 şöbənin yeni sahibi kimdir?

32 illik fəaliyyət tarixə qovuşdu

Hurriyyet.az “Haberqlobal” kanalına istinadla xəbər verir ki, rusiyalı biznesmen Aleksandr Qovor ölkədəki bütün “MakDonald” şöbələrini satın alıb. O, yeni şəbəkəni yeni adla bazara çıxarmağı planlaşdırır.

Sibirdə 25 retorana sahib olan biznesmen Qovor “Makdonals” şirkətinin Rusiyadakı 850 şöbəsini satın alıb. Sövdələşmənin məbləği barəsində açıqlama verilməyib.

Amerika Rusiyanı tərk edir?

1990-cı ildə Bakıda SSRİ-nin parçalanmasına təkan verən 20 Yanvar faciəsinin törədilməsindən, bir neçə gün sonra, yanvarın 31-də Sovet İttifaqının paytaxtı Moskva şəhərində ilk “MakDonalds” şöbəsi açıldığı zaman bu, ABŞ ilə Sovet İttifaqı arasındakı gərginliyin aradan qalxmasının mühüm bir simvolu kimi qəbul edilmişdi. Şöbənin açılışı zamanı qarşısında uzun növbələr yaranmışdı. BBC kanalının müxbiri açılışla bağlı reportajında demişdi: “ƏRZAQ QITLIĞININ HÖKM SÜRDÜYÜ ÖLKƏDƏ “MAKDONALDS” İNSANLARA KAPİTALİZMİN DADINA BAXMAQ İMKANI VERDİ”.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR