Saat:05:06
Haqqımızda

Mahmud Abbas: "ABŞ qeyri-əxlaqi addım atdı"

2024-04-19 10:44:00

Mahmud Abbas:

 

ABŞ Fələstinin BMT üzvü olmasını əngəlləyib

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Fələstinin BMT-nin tamhüquqlu üzvü olması ilə bağlı Əlcəzairin BMT-nin Təhlükəsizlik Şurasının iclasında irəli sürdüyü qətnamə layihəsinin qəbul olunmasına qarşı ABŞ öz veto hüququndan istifadə edib.
Fələstinin BMT-nin tamhüquqlu üzvlüyünə qəbul edilməsini tövsiyə edən sənədin lehinə Təhlükəsizlik Şurasının 12 üzvü (o cümlədən Rusiya və Çin) səs verib. İsveçrə ilə Böyük Britaniya bitərəf qalıb. ABŞ isə əleyhinə çıxış edib.
ABŞ bunun səbəbinin Fələstin administrasiyasının Vaşinqtonun tələb elədiyi islahatları keçirməməsi olduğunu bildirib. Belə bir iddia ilə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Robert Vud çıxış edib.
Fələstin Prezidenti Mahmud Abbas bununla əlaqər deyib: "BMT Təhlükəsizlik Şurasının Fələstinin Birləşmiş Millətlər Təşkilatının tamhüququlu üzvü kimi tanıması qərarına ABŞ-ın veto qoyması qeyri-əxlaqidir və İsrail hakimiyyətini Qəzza sektorundakı Fələstin xalqına qarşı müharibə aparmağa həvəsləndirir".
İsrailin xarici işlər naziri İsrael Kats bu veto ilə əlaqədar ABŞ-a təşəkkürünü bildirib.
Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.190830