Mahir Emrelinin problemi – Bu xəbər hər kəsi məyus edəcək
2022-07-22 20:17:00

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Zaqreb "Dinamo"sunun səfərdə "Slaven Belupo"ya qarşı keçirəcəyi Xorvatiya çempionatının II tur oyununu buraxacaq.
Zədəsini yenicə sağaldan 25 yaşlı hücumçu bərpa prosesi keçdiyindən qarşıdakı görüşdə iştirak edə bilməyəcək.
İyulun 23-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Emreli daha əvvəl çempionatın I turunda "Lokomotiv"ə 3:2 hesabı ilə qalib gəldikləri qarşılaşmanı, həmçinin, Şimali Makedoniya "Şkupi"si ilə 2:2 hesablı heç-heçə etdikləri Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda meydana çıxmayıb. \\Sportinfo.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya