Saat:01:07
Haqqımızda

Mahir Abbaszadə kimdir ki, ona 2 mühüm vəzifə verilib? - Deputatın şair qardaşı Nazpərini vəsf edir, özü isə…

2022-05-09 23:29:00

Mahir Abbaszadə kimdir ki, ona 2 mühüm vəzifə verilib? - Deputatın şair qardaşı Nazpərini vəsf edir, özü isə…

Milli Məclisin deputatı, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Mahir Abbaszadə….
Burada bir yekə STOP….
Birincisi, normal cəmiyyətlərlərdə BİR adama BİR iş tapşırarlar ki, öhdəsindən normal gələ bilsin.Anormal cəmiyyətlərdə bir adama 3-4 vəzifə verərlər…
Bu Mahir Abbaszadə kimdir, nəçidir ki, buna 2 MÜHÜM VƏZİFƏ tapşırılıb..?
Bu adam həm on minlərlə seçicini parlamentdə təmsil edir, həm də 1 milyondan artıq məcburi köçkünlərin problemi ilə məşğul olur..
Bunun üçün bu adamın ƏQLİ imkanlarını bir kənara qoyaq, FİZİKİ imkanları necə çatır..?
ƏQLİ sözünü boşuna işlətmədik ee…
Bir deputat ki, şəhid bulağının üstündə spirtli içki içib feyziyyab ola, ondan nə gözləyirsiniz…
Söhbət feyziyyabdan düşmüşkən, bu deputatın şair qardaşı Zahir Abbasın müğənni Nazpəri Dostəliyeva haqqında sosial şəbəkədə yazdıqlarını oxuyanda adam xəcalət çəkir.
Zahir Abbasın müğənniyə ithafən yazdığı şeiri “Yaralıyam, yarama məlhəmdir o gur səsin” cümləsi ilə başlayır.
Adama deyərlər ki, Laçında, Şuşada şəhid olanlar haqqında deyil, manıs-müğənnilər haqqında yazdıqlarınız siz qardaşların əsl mahiyyətini ortaya qoyur.
Bir də ki, ay şair, harada yaralanmısan, erməni gülləsi harandan dəyib…?
Ümumiyyətlə, siz qardaşlar erməniyə bir daş atmısınızmı..?
Bu qardaşlar barəsində yayılan informasiyaları nəzərdən keçirəndə, adamın yadına görməmişin bir….məsəli düşür…
Təsəvvür edirsiniz, ölkə mediası Mahir Abbaszadənin qiymətli saatlarının nədən hazırlanmasını müzakirə edir..
Ağ və sarı qızıl, timsah naxışları, nə bilim briliyant qaşlar və s
Bunun bircə adı var: görməmişlik.
Ölkə mediası yazır ki, Mahir Abbaszadənin saatı 18 əyar qızılından hazırlanıb, original PATEK FİLİPPE firmasının məhsuludur, su keçirməzdir, mexanik rejimlə işləyir, zərbəyə davamlı şüşəsi var və daha nələr…
Ölkəmizin qarşısında bu qədər problemlərin dayandığı bir vaxtda Mahir Abbaszadənin saatını müzakirə etmək….
Heç kimə sirr deyil ki, Mahir Abbaszadəni atası, babası maldarlıqla, mal-qara saxlamaqla məşğul olub, yəni bunlar dədə-babadan maldar olublar.
Maldarın qolunda 3 milyon dəyərində saat, vallahi, gülməlidir…
Bu hələ harasıdır..?
Mahir Abbaszadə həyat yoldaşına ad günündə bağışladığı….hədiyyə ölkə mətbuatının manşetinə çevrildi….
Bu adam o dərəcədə milyonçuya çevrilib ki, 14 iyun 2021-ci il tarixdə həyat yoldaşına keçirdiyi möhtəşəm ad günündə ( 42 yaş ) xanımına 420000 yevro dəyəri olan hədiyyə bağışlayıb.
Təkcə bu fakt “Qaçqınkom”dakı rüşvətin və korrupsiyanın miqyasını göstərir.
Biz kiminsə həyat yoldaşına nə hədiyyə etməsini müzakirə etmirik. Amma dövlətdən maaş alan və keçmişi maldar olan bu adam bu boyda vəsaiti, milyonlarla pulu haradan əldə edib..?
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun rəhbəri, deputat Mahir Abbaszadə qaçqınlara dövlət tərəfindən ayrılan pulların hesabına milyonçuya çevrilib.
Məcburi köçkünlər üçün tikilən mənzillərin, qaçqın şəhərçiklərindəki obyektlərin pulla satılması, qaçqınlar üçün tikilən qəsəbələrə, şəhərciklərə ayrılan 100 milyonların öz yaxınlarına tender vasitəsilə verilməsi böyük cinayət əməlidir.
İki mühüm vəzifə daşıyan, yüz milyonlara sahib olan bu adamın, yəni Mahir Abbaszadənin canı….
Necə deyirlər, divin canı şüşədə olan kimi Mahir Abbaszadə kimilərin canı da bir yoxlamaya bənddir.
Bəli, Maliyyə Nazirliyi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində, daha doğrusu, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda ciddi bir yoxlama aparsa, Mahir Abbaszadənin harada olacağı bəllidir.
Çox təəssüf ki, neçə illərdir ki, nə Maliyyə Nazirliyi, nə də Hesablama Palatası komitədə normal bir yoxlama aparıb həqiqəti üzə çıxartmaq istəmir.
Məlumdur ki, son illər Maliyyə Nazirliyi bir çox dövlət qurumlarında operativ, illik yoxlamalar aparsa da, nəsə “Qaçqınkom”da, Fondda yoxlama aparmaq istəmir.
Görünür, buna görə də Mahir Abbaszadə kimilər özlərinə çox arxayın olub, milyonlarla dövlət vəsaitini dağıdırlar.
Bəli, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun rəhbəri, deputat Mahir Abbaszadə qaçqınlara dövlət tərəfindən ayrılan pulların hesabına milyonçuya çevrilib. Məcburi köçkünlər üçün tikilən mənzillərin, qaçqın şəhərçiklərindəki obyektlərin pulla satılması, qaçqınlar üçün tikilən qəsəbələrə, şəhərciklərə ayrılan 100 milyonların öz yaxınlarına tender vasitəsilə verilməsi böyük cinayət əməlidir.
Təxminən son 30 ildə qaçqın və məcburi köçkünlərə, onlar üçün tikilən binalara, qəsəbələrə, şəhərciklərə ayrılan milyardlarla dövlət vəsaitini beyninizdən keçirin.
Bəli, gec-tez bütün bunların hesabı sorulacaq.
Hazır ol, Mahir Abbaszadə….
Səni deyirlər…
Səlim Müslümzadə sənin yolunu gözləyir… \\gundelik-baku.com

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR