Mahir Abbaszadə efirdə səhv buraxdı - "Prezident deyir ki, sahibkarlara qanunsuz müdaxilələr azaldılsın" (VİDEO)

2022-04-20 20:17:00

Mahir Abbaszadə efirdə səhv buraxdı -

Millət vəkili Mahir Abbaszadənin Real TV-nin efirində sahibkarlığın inkişafına mane olan müdaxilələrlə bağlı açıqlaması müzakirələrə səbəb olub.

Belə ki, deputat Prezidentin adından onun sahibkarlığın inkişafına mane olan müdaxilələrlə bağlı çağırışını səhv şərh edib.

M.Abbaszadə həmin fikrini olduğu kimi təqdim edirik: "Cənab Prezidentdin çağırışları var ki, Azərbaycanda sahibkarlıq inkişaf etdirilməlidir, sahibkarlığa qanunsuz müdaxilələr azaldılmalıdır, məmurların müdaxilələri azaldılmalıdır".

Zardabi Abbasov adlı sosial şəbəkə istifadəçi deputatın çıxışına bu cür reaksiya verib:

"Bu şəxs deputat Mahir Abbaszadədir. Adı bir çox qalmaqallarda hallanır. Real TV-də çıxış edir. 17.04.2022-ci il. Saat 19.40. Deyir ki, "Cənab Prezident qeyd etmişdir ki, sahibkarlara qanunsuz müdaxilələr azaldılmalıdır".

Ay deputat, əgər müdaxilələr qanunsuzdursa azaldılmalı yox, ləğv edilməlidir. Qanunsuz müdaxilə cinayət tərkibi yaradır. Elə bil sən deyirsən ki, prezident deyib ki, cinayət azaldılmalıdır. Türklər demiş, ağzın dediyini qulağın duyormu?
Prezident bu sözü harda və nə vaxt deyib?
O boyda deputatsan, amma..."

P.S Azərbaycan Prezidenti İlham Əliyev dövlət strukturlarına sahibkarların işinə yersiz müdaxilələrinə son qoymaları barədə mütəmadi olaraq xəbərdarlıq edir və bu istiqamətdə Fərman və Sərəncamlar imzalayır.

SİTAT: “Yoxlayan gəlir, nəyi yoxlayır, nəyi yoxlamır, ancaq nəticə etibarilə öz payını alır, çıxıb gedir. Budur reallıq. Bu, heç kim üçün sirr deyil. Buna da son qoyulmalıdır".\\32gun.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya