Saat:04:43
Haqqımızda

Mahaçqala aeroportu bağlandı

2023-10-30 08:00:30

Mahaçqala aeroportu bağlandı

Hurriyyet.az xəbər verir ki, Mahaçqala şəhərinin aeroportu müvəqqəti olaraq bağladılıb. TASS informasiya agentliyinin məlumatına görə, bu barədə açıqlamanı Rosaviasiya verib. Aeroporta enməli olan təyyarələr ehtiyat aerodromlara yönləndirilib. Ehtiyat tədbirlərinin vəziyyət normallaşana qədər davam edəcəyi bildirilir. Hadisə yerində asayiş keşikçiləri xidmət edirlər.

Xatırladaq ki, bazar günü axşam saatlarında, Mahaçqala aeroportunun yaxınlıqdakı ərazidə yüzlərlə adamın iştirakı ilə Fələstin-İsrail münaqişəsi ilə bağlı aksiya keçirilib, İsraildən gələn təyyarənin sərnişinlərə qarşı “Dağıstanda uşaq qatillərinə yer yoxdur” şüarı səsləndirilib. Etirazçıların bir qismi hasarı aşaraq aeroportun beynəlxalq terminalına daxil olublar, Moskva vaxtı ilə 19.17-də Tel-Əvivdən Mahaçqalaya çatan təyyarənin israilli sərnişinlərini axtarmağa başlayıblar. Hadisə yerinə Rusiya Qvardiyasının bölmələri yeridilib. Rusiya İstintaq İdarəsinin Dağıstan bölməsi hadisə ilə bağlı cinayət işi açıb.

Hadisə iştirakçılarının bəziləri həbs edilib. Mahaçqala aeropotunun yaxınlıqdakı ərazidə gecə saatlarında yenidən mitinq başlanıb.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.599299