Saat:19:04
Haqqımızda

Mağaza sahibi işçisi tərəfindən aldadılıb

2021-11-30 11:21:00

Mağaza sahibi işçisi tərəfindən aldadılıb

 

Ramilə Əhmədxanlı: “Turan Abdulhəsənov tərəfindən mənə ümumilikdə 5700 manat dəyərində ziyan vurulub”

Abşeron rayonunun Fatmayi kənd sakini Ramilə Qulu qızı Əhmədxanlı "Hürriyyət"ə müraciət edərək bildirib ki, sahibi olduğu dükanda fəhlə kimi çalışan şəxsin dələduzluğuna məruz qalıb. Onun sözlərinə görə, 4-5 aya yaxındır yanında işləyən Tural Abdulhəsənov mebelləri boşaltmaq üçün getdiyi mənzillərdən ondan xəbərsiz olaraq pul vəsaitləri alaraq mənimsəyib. R.Əhmədxanlı deyir ki, Turan Abdulhəsənov tərəfindən ona ümumilikdə 5700 manat dəyərində ziyan vurulub. İşə Suraxanı rayon polis idarəsində baxılmağına baxmayaraq, şübhəli şəxs hələ də azadlıqdadır:

“"Riyad” ticarət mərkəzində mebel dükanım var. Yanımda 4-5 aya yaxın fəhlə işləyən Abdulhəsənov Tural Kamal oğlu 3 mart tarixində mebeli boşaldıb, daha sonra isə ev sahibini aladadaraq pulu onun götürməli olduğunu bildirib. Mənə çatmalı olan  1700 manat pul vəsaitini mənimsəyib.

Hadisədən bir ay sonra, yəni bir fevral tarixində digər müştəridən də 4000 manat pulu alaraq, guya başqa malları gətirmək adı ilə aldadıb. Daha sonra mənə həmin pul məbləğini taksidə unutduğunu bildirib. Özü 102-yə məlumat vermiş, məni də inandırmışdı ki, 23-cü bölməyə ərizə verilib və pul tapılacaq.

Dünən isə danışığında bildirib ki, “həmin 1700 manat pulu da, o biri 4000 manat pulu da əcəb edib mənimsəmişəm”. Dediyinə görə, polis ona heç nə edə bilməz.

Onun sözlərindən belə çıxır ki, bu ölkədə dələduzlara heç kimin cinayət işi açmaq ixtiyarı yoxdur. Qanuni ölkədə yaşayırıq və yəqin ki, qanunlarımız "get kiminsə əmlakını, əşyasını, pulunu mənimsə, qoy cibinə, sonra hədə-qorxu gəl" demir. Doğrudanmı, başqasının əmlakını mənimsəmək, zərbə vurmaq bu qədər adiləşib? Həqiqətənmi, dələduzluq başlı-başına buraxılıb? Qanunvericilik bu qədər acizdirsə, kömək istəyən birinə müvafiq qurumlar heç nə etmirsə, kimə güvənək? Bu adam iki evdən mağazaya məxsus 5700 manat pul vəsaitini götürərək, mənimsəyib. Nəticədə özüm zərəri ödəməyə məcbur qalmışam. Bu, mənim üçün çox böyük məbləğdir. İki gündür zəng edib, ora-bura çağırırlar. Deyirlər ki, bu, cinayətdir, kömək edəcəyik. Lakin, nəticədə həmin şəxs hələ də azadlıqdadır. Mənə dəymiş zərər də qaytarılmayıb...

Bu şəxs maaşını müxtəlif bəhanələrlə məndən əvvəlcədən alıb. Kreditlə mal alan, birbaşa pul vəsaiti verilməyən evlərə hansısa bəhanə ilə getmirdi. Gedəndə isə malı boşaldıb çıxırmış. Sonradan isə ev sahiblərini gizlin bayıra çağırıb, guya "dükandan pul üçün bunu göndərmişik" adı ilə qayıdıb pulu istəyib. Kimsə dəqiqləşdirmək üçün zəng edən zaman sözü dəyişərək aradan çıxıb. Lakin iki nəfər ev sahibi zəng vurmadan pulu Tural Abdulhənova verib”.

Ümid edirik ki, baş vermiş xoşagəlməz hadisə Daxili İşlər Nazirliyi tərəfindən nəzarət götürüləcək.

YƏHYA

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR