"Maduro istefa verməyə hazırdır, amma..."
Hurriyyet.az xəbər verir ki, Maduro istefa verməyə hazır olduğunu bəyan edib.
ABŞ nümayəndələri ilə qeyri-rəsmi görüşlər zamanı Venesuela Prezidenti Nikolas Maduro istefa verməyə hazır olduğunu, lakin 18 aydan tez baş verməyəcəyini bildirib. Bu barədə CNN telekanalı müzakirələrlə tanış mənbələrə istinadən məlumat yayıb.
Kanalın məlumatına görə, Vaşinqton Venesuela liderinin möhlət dövrü təklifini rədd edib. ABŞ Prezident Administrasiyası Prezident Maduronun dərhal istefa verməsində və səlahiyyətlərin keçid hökumətinə verilməsində israr edir.
Bundan əvvəl "The New York Times" və "The Wall Street Journal" qəzetləri ABŞ Prezidenti Donald Trampın ötən həftə həmkarı Nikolas Maduro ilə telefonla danışdığını bildirmişdilər. WSJ mənbələrinin iddiasına görə, ABŞ prezidenti Maduronun könüllü istefadan imtina edəcəyi təqdirdə güc tətbiq olunacağı barədə xəbərdarlıq edib.
Hürr Tərcüman
