Saat:04:05
Haqqımızda

Maduro ABŞ-ın Qayanadakı bazalarının sayını açıqladı

2024-05-06 12:09:51

Maduro ABŞ-ın Qayanadakı bazalarının sayını açıqladı

"Venesuelaya qarşı müharibəyə hazırlıq gedir"

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Venesuela Prezidenti Nikolas Maduro ABŞ-ı Qayananı Venesuelaya hücuma hazırlaşdırmaqda ittiham edib.
Venesuela Prezidentinin sözlərinə görə, Birləşmiş Ştatlar Qayanada Mərkəzi Kəşfiyyat İdarəsinin 12 bazasını, Silahlı Qüvvələrinin Cənub Komandanlığının 14 bazasını yerləşdirib.
Maduro deyib ki, ABŞ Rusiya-Ukrayna müharibəsini alovlandırdığı kimi, Qayana ilə Venesuela arasında da münaqişə yaratmağa çalışır.
Maduronun bu açıqlaması Venesuelanın vitse-prezidenti vəzifəsini icra edən Delsi Rodriqesin X şəbəkəsindəki səhifəsində dərc edilib.
Rodriqes yazıb: "Latın Amerikası ilə Qərib hövzəsi sülh zonası olaraq qalmalıdır. Xalqlar Amerikanın bölgəni hərbiləşdirməsinə qarşı çıxış etməlidirlər".
2024-cü ilin martında respublika parlamenti Qayana-Essekibonun 24-cü ştat kimi Venesuelanın tərkibinə daxil olması barəsində qanun qəbul edib.
Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.267513