Macarıstan, Slovakiya və Çexiyadan başqa Aİ-nin bütün üzv ölkələri bu ilin sonuna qədər Rusiyadan neft idxalını dayandıracaqlar

2022-05-06 14:13:00

Macarıstan, Slovakiya və Çexiyadan başqa Aİ-nin bütün üzv ölkələri bu ilin sonuna qədər Rusiyadan neft idxalını dayandıracaqlar

Avropa İttifaqı Macarıstan, Slovakiya və Çexiyaya Rusiya neftinin idxalını 2024-cü ilə qədər saxlamaq imkanı təklif etmək qərarına gəlib. Bu barədə "Bloomberg" öz mənbələrinə istinadən məlumat yayıb.
Məsələ ilə tanış olan mənbələr bildirirlər ki, Avropa İttifaqı Rusiya neftinin tədarükü üçün Macarıstan və Slovakiyaya 2024-cü ilin sonuna qədər əlavə bir il verəcək təklif etdi. Qalan üzv dövlətlər əvvəlcə təklif edildiyi kimi, bu ilin sonuna qədər idxalı dayandırmalıdırlar.
Macarıstanın baş naziri Viktor Orban cümə günü səhər saatlarında Aİ-nin Rusiya neftinə qadağa qoyulması ilə bağlı ilkin təklifinə qarşı olduğunu və bunun ölkəsinin iqtisadiyyatına “nüvə bombası” atmağa bərabər olduğunu söylədi. Eləcə də neft alışı qadağasından beş il müddətinə azad olmaq istədiyini söylədi.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya