Macarıstan Netanyahunu Haaqa məhkəməsinə təhvil verəcəkmi? Qərar açıqlandı
2025-04-03 12:51:51

Hurriyyet.az xəbər verir ki, Macarıstan hökuməti Haaqa şəhərində yerləşən Beynəlxalq Cinayət Məhkəməsindən çıxmağı qərara alıb.
"Tayms of İsrael" nəşrinin yazdığına görə, Macarıstanın Baş naziri Viktor Orbanın administrasiyasının rəhbəri Qerqeli Qulyaş bu barədə MTI dövlət informasiya agentliyinə məlumat verib.
Bəlli olduğu kimi, Beynəlxalq Cinayət Məhkəməsi İsrailin Baş naziri Binyamin Netanyahunu Qəzzadakı müharibədə hərbi cinayətlər törətməkdə ittiham edərək həbs olunmasını qərara alıb.
Macarıstan hökuməti Haaqa məhkəməsindən çıxmaq qərarını verdiyini İsrailin Baş naziri B.Netanyahunun Macarıstana dövlət səfərindən dərhal sonra bəyan edib.
Hürr Tərcüman
