Macarıstan mətbuatı "Qarabağ"dan yazdı: "Avropada dominantlıq edirlər"

2022-07-28 21:34:00

Macarıstan mətbuatı

"Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsində Macarıstan təmsilçisi "Ferentsvaroş"la qarşılaşacaq.

Sözügedən ölkənin mətbuatı Ağdam klubu haqda geniş araşdırma aparıb.

NS nəşri "Qarabağ"ı belə təqdim edib: 

“Qarabağ”ın sələfi "Mehsul" 1951-ci ildə Ağdam şəhərində yaradılıb. Klub indiki adını 1987-ci ildə alıb. 1992-ci ildə Azərbaycan yüksək liqasının ilk iştirakçılarından olub və ikinci mövsümündə çempionluğa yiyələnib. 1993-cü ildən Dağlıq Qarabağ müharibəsi ilə əlaqədar olaraq o, doğma şəhərdə deyil, ölkənin paytaxtı Bakıda oyunlarını keçirir. “Azərsun Arena” 2015-ci ildən komandanın evidir. Stadion hazırda 5800 tamaşaçı tutumuna malikdir.

“Köhlən atlar” ləqəbli komanda doqquz dəfə Azərbaycanın çempionatının qalibi olub. Son mövsümdə 69 xal toplayan komanda ikinci yerdə qərarlaşan "Neftçi Bakı"nı 19 xal qabaqlayıb. “Qarabağ” Premyer Liqada cəmi 1 məğlubiyyət alıb və 28 turda 13 qol buraxıb. 

"Qarabağ" üçün 2022-2023 mövsümü avqustun 6-da, "Ferentsvaroş"la ilk oyunundan üç gün sonra başlayacaq ki, komandamızın rəqibi "Səbail"i qəbul edəcək.
 
Azərbaycanlılar hələ Macarıstan komandaları ilə ("Fehervar" istisna olmaqla) oyun keçirməyib. 

“Qarabağ” 2014-2015-ci il mövsümündən bəri hər il ən azı bir liqada qrup mərhələsinə yüksələrək, illərdir beynəlxalq turnirlərdə dominantlıq edir. Onun ən böyük beynəlxalq uğuru 2017/2018 mövsümündə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması olub. Onlar "Roma" , "Çelsi" və "Atletiko Madrid"lə qarşılaşdıqları qrupda yer alıb. "Atletiko" ilə oyunlarda iki xal qazanıb. Ötən mövsüm Avropa Konfrans Liqasında çıxış edib və burada H qrupundan ikinci yerə yüksəlib. Azərbaycanlılar üçün son dayanacaq 1/8 finala vəsiqə uğrunda duel olub. Onlar "Olimpik Marsel" komandasına ümumi hesabda 1:6 uduzublar. 

Komanda builki ÇL mövsümünün I seçmə mərhələsinin ilk turunda Polşanın "Lex Poznan" klubunu üstələyib, ikinci mərhələdə isə əlavə vaxtda İsveçrə çempionu "Sürix"i mübarizədən kənarlaşdırıb. 

"Transfermarkt"ın məlumatlarına əsasən, "Qarabağ"ın ümumi dəyəri hazırda 14,1 milyon avrodur ki, bu da "Ferentsvaroş"dan təxminən 30 milyon azdır. Portalın məlumatına görə, rəqibin ən dəyərli oyunçusu 1,2 milyon avro ilə 26 yaşlı braziliyalı cinah oyunçusu Kadidir. Oyunçular arasında 2006-cı ildən, yəni təxminən 16 il bundan əvvəldən “Qarabağ”da çıxış edən komandanın kapitanı (o, həm də Azərbaycan millisinin kapitanıdır), rus əsilli Maksim Medvedevi xüsusi qeyd etmək lazımdır. O, karyerası ərzində komandanın heyətində 402 oyun keçirib.

Klubun 27 oyunçusundan 11-i legionerdir. Üç braziliya oyunçu komandanı gücləndirir - Kadi, Julio Roman və Riçard Almeyda. Lakin sonuncu artıq Azərbaycan vətəndaşlığını alıb və milli komandada çıxış edir. Bundan başqa, komandada iki monteneqrolu, gürcü, kolumbiyalı, kabo-verdeli, fransız, ispan, qanalı və seneqallı oyunçular da var. 

“Qarabağ”ın çalışdırıcısı Avropanın ən uzunmüddətli baş məşqçilərindən biri olan Qurban Qurbanovdur. O, 2008-ci ilin iyulundan bu vəzifəni icra edir və 5140 gündür ki, Azərbaycan təmsilçisinin çalışdırıcısıdır. 

Duelin ilk oyunu avqustun 3-də Bakıda, cavab görüşü isə 9-da Budapeştdə oynanılacaq. Qalib gələn komanda Avropa Liqasının qrup mərhələsindəki yerini təmin edəcək və Çempionlar Liqasının qrup mərhələsi üçün pley-offda oynayacaq. Uduzan tərəf isə Avropa Liqasının son seçmə mərhələsində oynamağa davam edəcək". \\Fanat.Az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.056773