Macarıstan İsveçə qarşı Türkiyə ilə eyni mövqedədir

2023-05-23 16:04:00

Macarıstan İsveçə qarşı Türkiyə ilə eyni mövqedədir

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Macarıstan İsveçin NATO-ya daxil olması məsələsini nəzərdən keçirməyə hələ hazır olmadığını bildirib. Bu barədə açıqlamanı Macarıstanın Baş naziri Viktor Orban Qətərin paytaxtı Doha şəhərində keçirilən iqtisadi forumda çıxışı zamanı verib.

Orban deyib: “Hazırda Macarıstan ilə İsveç arasında siyasi münasibətlər çox pisdir. Əvvəlcə biz bu münasibətləri yaxşılaşdırmalıyıq ki, konfliktlərimizi NATO müstəvisinə keçirməyək. İki ölkə arasındakı münasibətlərimizi nizamladığımız zaman dəstək verməyə hazır olacağıq. Prinsipcə belə bir addımın dəstəklənməsi tərəfdarıyıq”.

Qeyd edək ki, Türkiyə İsveçin NATO üzvlüyünə qəbul müraciətinə müsbət cavab vermək üçün terrorçuları dəstəkləməsi şərtini irəli sürüb.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.153364