Saat:00:11
Haqqımızda

Macarıstan İsveç ilə Finlandiya üçün zəruri olan qərarı təxirə saldı

2022-11-25 18:51:00

Macarıstan İsveç ilə Finlandiya üçün zəruri olan qərarı təxirə saldı

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Macarıstan Prezidenti Viktor Orban jurnalistlərə açıqlamasında İsveç ilə Finlandiyanın NATO-ya üzv olmaları üçün lazım olan parlament razılığının 2023-cü ildə keçiriləcək ilk iclasda veriləcəyini bildirib.

Orban Macarısranın hər iki ölkənin də NATO üzvü olmasını dəstəklədiyini bildirərək deyib: “Macarısran Finlandiya ilə İsveçin NATO üzvü olmalarını dəstəkləyir və parlament bunu gələn ilin ilk iclasında gündəliyə salacaq”.

Macarıstan parlamentinin 2023-cü ildəki ilk iclasının fevral ayında keçirilməsi planlaşdırılır.

Macarıstan hökumətinin nümayəndələri bundan əvvəlki açıqlamalarında İsveç ilə Finlandiyanın NATO-ya üzv olmaları üçün zəruri prlament razılığının 2022-ci ildə veriləcəyini bildirmişdilər.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR