Saat:04:58
Haqqımızda

Macarıstan İrəvana 10 milyonluq yardımı Bakıya görə bloklayır

2024-04-30 17:17:04

Macarıstan İrəvana 10 milyonluq yardımı Bakıya görə bloklayır

Macarıstan bir neçə həftə əvvəl razılaşdırılmış Avropa Birliyinin Sülh Fondundan Ermənistana 10 milyon avroluq dəstək layihəsinə veto qoyub.

Hurriyyet.az xəbər verir ki, bu barədə “Azadlıq Radiosu”nun Ermənistan bürosu məlumat yayıb.

Məlumata görə, Macarıstan vetonu qaldırmaq müqabilində Azərbaycanın da sözügedən proqrama daxil olunmasını tələb edib.

Qeyd edək ki, Avropa Birliyinin Sülh Fondundan Ermənistana 10 milyon avroluq yardımın ayrılması ilə bağlı ilkin razılıq sənədlərinə görə, bu maliyyə yardımı bir batalyon üçün modul tipli səhra düşərgəsi yaratmağı, bu düşərgəyə bir tibbi yardım klinikası, habelə müvafiq xidmətlər və imkanlar daxil edilməsini nəzərdə tutur./axar.az/

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.207662