Macarıstan hökumətinin rəhbəri: “Avropa Amerikasız yeni NATO qurmalıdır”
2023-03-02 22:59:00

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban ABŞ-dan asılılığı azaltmaq üçün Avropa ölkələrini öz müdafiə alyansını yaratmağa çağırıb. Onun sözlərinə görə, hər hansı bir böhranın yaranacağı təqdirdə, avropalılar özləri özlərini müdafiə eləmək vəziyyətində olmalıdırlar.
Orban deyib ki, Avropa İttifaqı ölkələri ABŞ-ın iştirakı olmadan NATO alyansının analoqunun yaradılması üzərində fikirləşməlidirlər.
Macarıstan hökumətinin başçısı bildirib ki, Vaşinqton beynəlxalq təhlükəsizlik məsələlərinin həllində çox vaxt öz məqsədlərini güdür, ona görə də avropalılar öz alyanslarını yaratmalıdırlar .
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya