Macarıstan Ermənistana 10 milyon avroluq yardım ayrılmasını əngəlləyib
2024-04-30 15:19:44

Hurriyyet.az xəbər verir ki, Macarıstan Avropa ittifaqı Sülh Fondundan Ermənistana 10 milyon avro həcmində vəsait təqdim edilməsi layihəsini əngəlləyib. Həmin layihə bir neçə həftə əvvəl alyans çərçivəsində razılaşdırılmışdı.
Bu barədə məlumatı "Azadlıq" radiosunun erməni redaksiyasına diplomatik mənbələr veriblər. Mənbənin açıqlamasına görə, Macarıstan Azərbaycanın da proqrama daxil edilməsini tələb edir və bu məsələ də müzakirə masasına çıxarılıb.
Hürr Tərcüman
