Macarıstan beynəlxalq qurumu tərk edir - Netanyahunun səfərindən sonra...
2025-05-20 11:39:23

Hurriyyet.az "Röyter" agentliyinə istinadla xəbər verir ki, Macarıstan parlamenti ölkənin Beynəlxalq Cinayət Mərkəməsindən çıxması barəsində qanun layihəsini təsdiqləyib.
Macarıstan hökuməti bu qərarını aprelin 3-də, İsrailin Baş naziri Binyamin Netanyahunun Macarıstana dövlət səfərindən az sonra bəyan edib. Beynəlxalq Cinayət Məhkəməsinin hökmündən sonra Netanyahu çox nadir hallarda xaricə səfər edir.
Macarıstanın Baş naziri Viktor Orban Beynəlxalq Cinayət Məhkəməsinin siyasiləşdirildiyini hesab etdiklərini bəyan edib. Orban İsrailin Baş nazirinin həbs edilməsi qərarının buna nümunə olduğunu söyləyib.
Hürr Tərcüman
