Saat:22:51
Haqqımızda

Maaş artımı kimlərə şamil ediləcək? - SİYAHI

2023-01-05 16:39:00

Maaş artımı kimlərə şamil ediləcək? - SİYAHI

Azərbaycan Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” imzaladığı Sərəncama əsasən, 2023-cü ilin yanvarın 1-dən minimum əməkhaqqları 45 manat və ya 15 faiz artırılaraq 345 manat olacaq. Minimum maaşın artırılması bütün işçilərə şamil edilməyəcək. 

Hurriyyet.az xəbər verir ki, minimum maaş artımı xüsusi qaydada əməkhaqqı alanlar istisna olmaqla digər bütün sahələrdə çalışanlara şamil olunacaq. Bunlar Vahid Tarif Cədvəli üzrə maaş alanlardır.

Vahid Tarif Cədvəli üzrə maaş alanlar isə aşağıdakılardır:

– elm, səhiyyə, sosial təminat, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma müəssisələrində, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlər və digər təhsil işçiləri istisna olmaqla, təhsil müəssisələrində çalışan işçilər;

– dövlət qulluğunun xüsusi növündə çalışan, əmək haqları Vahid Tarif Cədvəli üzrə ödənilən mülki işçilər;

– dövlət qulluğunun ümumi növündə yardımçı vəzifələrdə minimum əməkhaqqından aşağı maaş alan dövlət qulluqçuları;

– dövlət orqanlarında çalışan, lakin dövlət qulluqçusu hesab edilməyənlər (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.);

– dövlət büdcəsindən maliyyələşdirilən bir sıra təşkilatlarda (Azərbaycan Milli Elmlər Akademiyası, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, icra hakimiyyəti orqanlarının nəzdindəki mərkəzləşdirilmiş mühasibatlıqlar, dövlət arxivləri, elmi mərkəzlər, Dövlət Film Fondu, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi və s.) aşağı əmək haqqı alan xidmətedici heyət işçiləri.

sfera.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR