Saat:09:40
Haqqımızda

“Luxe Home” MMC tikinti şirkətinin qara maskalı fəhlələri vətəndaşın kamerasını qırdılar - POLİSİN NƏZARƏTİ ALTINDA - VİDEO

2022-01-18 17:11:00

“Luxe Home” MMC tikinti şirkətinin qara maskalı fəhlələri vətəndaşın kamerasını qırdılar - POLİSİN NƏZARƏTİ ALTINDA - VİDEO

Ötən həftə Nərimanov rayonu, Vladimir Mayakovski küçəsi 7 ünvanında yaşayan Cəlil Rəşidov "Hurriyyet"ə olan müraciətini yayımlamışdıq. O müraciətində bildirmişdi ki, iki ildən çoxdur ki, “Luxe Home” MMC tikinti şirkəti evin düz yanında hündürmətəbəli bina tikir. Şikayətçi bildirir ki, aparılan tikinti işləri ilə bağlı mənzilinin divarları zədələnib. Bu azmış kimi işçilərin söyüşləri və səs-küy də onu aidiyyatı qurumlara müraciət etməyə vadar edib. Cəlil Rəşidov qeyd edir ki, “Luxe Home” MMC mənzilin yaxınlığında qanunsuz tikinti işi aparmaqla yanaşı, onu da mənzilindən zorla çıxartmaqla hədələyir.

Vətəndaşın sözlərinə görə, Nərimanov rayon İcra Hakimiyyətinin müavini İradə Muradova da ondan şirkətlə razılaşmağı tələb edib.

"Hürriyyət"də gedən yazıdan sonra “Luxe Home” MMC tikinti şirkətinin fəhələrindən biri üzünə maska geyinərək Cəlil Rəşidovun evinin kənarlarına quraşdırdığı təhlükəsizlik kameralarını söküb. Vətəndaş sözügedən görüntüləri redaksiyamıza təqdim edib. Cəlil Rəşidov bildirir ki, polisin nəzarəti ilə şirkətin əməkdaşı Elşən Qocayev evə girməyə çalışan fəhlələrə göstəriş verir. Görüntülərdən aydın olur ki, binanın aşağısında polis əməkdaşı var. Görünür ki, polis əməkdaşı da bu cinayət əməlinə ortaq olub.

Ümid edirik ki, Daxili İşlər naziri cənab Vilayət Eyvazov bu hadisədə iştirak edən şəxslərin aşkarlanıb tezliklə cəzalandıracaq.

Ötən həftə sözgüdən məsələ ilə bağlı dərc etdiyimiz yazıda Prezident İlham Əliyevin yerli telekanallara verdiyi müsahibəsindəki fikirlərini yayımlamışdıq. Prezidentin fikirlərini yenidən yayımlayırıq:

"Siz yaxşı bilirsiniz ki, mən dəfələrlə bu məsələ ilə bağlı öz fikirlərimi bildirmişəm. Mən daim bunu deyirəm, vətəndaşlara müraciət edirəm, biganə qalmayın və nəzarət edin. İctimai nəzarət bir çox məmurları bu cinayət xarakterli işlərdən çəkindirəcək. Ona görə ictimai nəzarətin hansısa institusional formatı da gərək işlənilsin. Sizin, media nümayəndələrinin bu sahədə çox böyük rolunuz var. Deyə bilərəm ki, mən bəzən xoşagəlməz hallar haqqında sizdən öyrənirəm, sizdən bu xəbəri tuturam və dərhal reaksiya verilir. Deyə bilərəm ki, bir çox hallarda mediada olan məlumatlar təsdiqlənir. Elə məlumatlar var ki, onlar qərəzli xarakter daşıyır. Amma məlumatların mütləq əksəriyyəti təsdiqlənir və dərhal ölçü götürülür. Ona görə dövlət məmurları bilməlidirlər, onların işinə təkcə Prezident Administrasiyası yox, həm ictimaiyyət, həm də media nümayəndələri nəzarət edir".

Təəssüf ki, “Luxe Home” MMC tikinti şirkətinin başında oturanlar və bu məsələdə adıçəkilən məmurlar ölkə başçısının sözlərini qulaqardına vururlar. Bu azmış kimi vətəndaşın əmlakına zərər vurulur. Kadrlardan aydın olur ki, fəhlə üzünə hərbi təyinatlı maska geyinir. Ən təəssüfləndirici hal isə bu hadisənin polis əməkdaşının nəzarəti altında baş verməsidir.

Düşünürük ki, artıq şərhə ehtiyac yoxdur. Söz hüquq-mühafizə orqanlarındadır.

YƏHYA

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR