“Lukoil” aktivlərini satır: Azərbaycandakı YDM-ləri bağlanacaq
Bir neçə gün əvvəl Azərbaycanda fəaliyyət göstərən “LukOil” şirkətinə məxsus Yanacaq Doldurma Məntəqələri (YDM) kartla ödənişləri dayandırıb.
Hurriyyet.az xəbər verir ki, buna səbəb kimi ABŞ-ın Rusiyaya sanksiya tətbiq etməsi və şirkətin də bunun şamil olunmasıdır.
Belə ki, sanksiyalardan sonra “LukOil” şirkətinin Azərbaycandakı nümayəndəliyinin bank hesablarının dondurulması, habelə onun sanksiyalar səbəbindən köçürmələr edə bilməyəcəyi məlum olub.
Bu gün isə məlum olub ki, Rusiyanın sözügedən şirkəti aktivlərini bütöv şəkildə satmaq qərarına gəlib. Şirkətin aktivlərinə isə Exxon Mobil, Chevron, Abu Dhabi National Oil, eləcə də Amerikanın birbaşa investisiya nəhəngi Carlyle Group maraq göstərirlər. “Luk Oil” aktivlərini dekabrın 13-nə kimi və ya sanksiyalar qüvvəyə minənə qədər satmağı planlaşıdırır.
“Bloomberg”in iddiasına görə, BƏƏ-nin şirkəti yaxın zamanlarda danışıq apararaq, rus şirkətini almağı planlaşdırır.
Tribunainfo.az
