“LUKAŞENKONUN TƏBRİKİ TƏLXƏKLİKDİR” – Ukraynadan Belarus Prezidentinə sərt cavab

2022-08-25 12:52:00

“LUKAŞENKONUN TƏBRİKİ TƏLXƏKLİKDİR” – Ukraynadan Belarus Prezidentinə sərt cavab

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Ukraynanın Müstəqillik Günü ilə bağlı təbriki rəsmi Kiyev tərəfindən hiddətlə qarşılanıb.

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak Lukaşenkonun ukraynalıları təbrik etməsini “təlxəklik” adlandırıb: “Görünür, Lukaşenko gerçəkdən hesab edir ki, dünya onun Ukraynaya qarşı cinayətlərdəki iştirakını hiss etmir. Ona görə də bizə ölüm saçan raketlər göndərərək, aydın səma arzulayır”.

Podolyak əlavə edib ki, “Lukaşenkonun təlxəkliyi qanla yoğrulub” və Rusiya imperiyası dağılandan sonra mütləq o da layiq olduğu cəzanı alacaq.

Qeyd eək ki, avqustun 24-ü səhər Lukaşenko Ukrayna xalqını Müstəqillik Günü münasibətilə təbrik edərək, ona “sülh və aydın səma” arzulayıb.

AzPolitika.info” 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.062194