Saat:10:37
Haqqımızda

Lukaşenkodan sonra Makron da Çinə gedəcək

2023-02-25 17:53:00

Lukaşenkodan sonra Makron da Çinə gedəcək

Hurriyyet.az “Yevropeyskaya pravda” nəşrinə istinadla xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron Çinə rəsmi səfər edəcəyini bəyan edib və Pekini Rusiyaya təzyiq göstərməyə çağırıb.

“Le Figaro” nəşrinin yazdığına görə, Makron Çinin Ukraynadakı müharibənin “siyasi həllini” təklif edən sənədini dərc etməsindən sonra bu açıqlamanı verib.

Fevralın 25-də açıqlama verən Makron Çinə aprelin əvvəlində gedəcəyini bəyan edib, Pekini “təcavüzü dayandırmaq və sülhü bərqərar etmək üçün Rusiyaya təzyiq göstərməkdə kömək eləməyə” çağırıb.

Xəbər verdiyimiz kimi, Belarus Prezidenti Aleksandr Lukaşenko gələn həftə Çinə səfər edəcək.

Xatırladaq ki, bu həftə Çin XİN Rusiyanın Ukraynada apardığı müharibənin nizamlanması üçün öz ideyalarını əks etdirən “sülh planı”nı dərc edib. 12 bəndlik planda atəşin kəsilməsi və danışıqların bərpa edilməsi çağırışı edilir. “Yevropeyskaya pravda” nəşri planda konkret addımların göstərilmədiyini yazır.

Ukrayna Prezidenti Vladimir Zelenski Çinin “sülh planı”ndakı bəzi maddələr üzərində işləməyin mümkün olduğunu, lakin bəzi fikirlərlə razılaşmadığını söyləyib.

ABŞ Prezidenti Cozef Bayden isə Çinin təklif elədiyi planın reallaşmasının yalnız Rusiya üçün faydalı olacağını deyib.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR