Saat:03:57
Haqqımızda

Lukaşenkodan növbəti təhdid – qazı kəsəcəyik

2021-12-01 15:00:00

Lukaşenkodan növbəti təhdid – qazı kəsəcəyik

Hurriyyet.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Polşanı açıq şəkildə təhdid edərək, sərhəd qapılarını açmayacağı təqdirdə, Rusiyadan gələn təbii qazın verilməsini dayandıracaqlarını söyləyib.

Bəlli olduğu kimi, Belarus ilə Avropa İttifaqı arasında qərb sərhədində düşərgə salmış miqrantlara görə narazılıq yaranıb. Aİ Belarusu Yaxın Şərqdən gələn minlərlə insanı Polşa, Litva və Latviya vasitəsi ilə Avropaya keçməyə məcbur eləməkdə ittiham edir, Belarus isə bu ittihamları rədd edir.

Xəbər verdiyimiz kimi, dünən Belarus Prezidenti Aleksandr Lukaşenko NATO dövlətlərinin öz nüvə silahlarını Polşaya yerləşdirəcəkləri təqdirdə, Rusiyanın öz nüvə silahını Belarus ərazisində yerləşdirilməsinə icazə verəcəyini bildirmişdi.

Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR