Lukaşenkodan məmurlara: Əlinizə pulemyot alacaqsınız...

2022-06-10 17:51:00

Lukaşenkodan məmurlara: Əlinizə pulemyot alacaqsınız...

Belarus Prezidenti Aleksandr Lukaşenko Belarus rəsmilərini 2020-ci il seçkisi ilə bağlı etiraz aksiyalarından nəticə çıxarmağa və Ukrayna ssenarisinin təkrarlanmasının qarşısını almağa çağırıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə “BelTA” məlumat yayıb.

"2020-ci ildə və ondan sonra baş verənlərdən nəticə çıxarmasaq, Ukrayna hadisələrinə doğru böyük addım atacağıq. Amma bu, Ukraynadan daha çətin olacaq. Sizi qorxutmuram - bilirsiniz ki, mən elə-belə danışmıram. Əzizlərim, Allah eləməsin, hansısa qarışıqlıq başlasın, əgər olsa, başa düşürsünüz ki, biz (hakimiyyət - red.) öndə olacağıq. Pulemyotla mən deyil, siz öndə olacaqsınız”, - o bildirib.

Lukaşenko qarşısında əyləşən məmurların bunu istəyib-istəmədiyini soruşub və özünün də istəmədiyini qeyd edib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya