Saat:19:10
Haqqımızda

Lukaşenko təhdid elədi: “Belarusda nüvə silahı yerləşdirəcəyik”

2021-11-30 18:03:00

Lukaşenko təhdid elədi: “Belarusda nüvə silahı yerləşdirəcəyik”

Hurriyyet.az “RİA Novosti” saytına istinadən xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko NATO dövlətlərinin öz nüvə silahlarını Polşaya yerləşdirəcəkləri təqdirdə, Rusiyanın öz nüvə silahını Belarus ərazisində yerləşdirilməsinə icazə verəcəyini bildirib.

NATO-nun Baş katibi Yens Stoltenberq  öz çıxışında bildirib ki, Almaniya nüvə silahının öz ölkəsində yerləşdirilməsindən imtina edəcəyi təqdirdə, həmin silah Avropanın başqa ölkələrində, həmçinin, Almaniyadan şərqdə yerləşdirilə bilər.

 

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR