Saat:04:28
Haqqımızda

Lukaşenko referendumun vaxtını AÇIQLADI

2022-01-18 23:24:00

Lukaşenko referendumun vaxtını AÇIQLADI

Belarus prezidenti Aleksandr Lukaşenko respublika konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendumun vaxtını açıqlayıb.

Belarus lideri bu tarixin fevrala təyin edildiyini deyib.

“Düşünürəm ki, söz verdiyimiz kimi fevralda referendum keçirməliyik. İnsanlar öz sözünü desin. Heç kim təzyiq göstərməyəcək. Biz öz mövqeyimizi açıq şəkildə bildiririk. Keçəcək, keçməyəcək - xalq qərar verəcək. Əsas odur ki, mahiyyəti xalqa çatdıraq: əziz, hörmətli yoldaşlar, biz burada bu Konstitusiyanı təklif edirik, niyə - səbəblər budur. Mən bu barədə yaxın vaxtlarda xalqa və parlamentə müraciətimdə danışacağam”, - deyə Lukaşenko bildirib. \\Manşet.az 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR