Saat:18:34
Haqqımızda

Lukaşenko Qarabağda baş verənlərə görə Ermənistan rəhbərliyini günahlandırdı

2024-09-13 00:28:02

Lukaşenko Qarabağda baş verənlərə görə Ermənistan rəhbərliyini günahlandırdı

“Son illər Qarabağda baş verən hadisələrə görə günahı Ermənistan rəhbərliyi daşıyır”.
Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko respublikada yaşayan müxtəlif millətlərin nümayəndələri ilə görüşündə deyib.
“Qarabağda baş verənlər isə təkcə Ermənistan rəhbərliyinin günahıdır. Mən şəxsən Ermənistan hakimiyyətinə xəbərdarlıq etmişəm: bu əraziləri Azərbaycana verin. Üstəlik, Ermənistan hakimiyyəti bu ərazilərin onların əraziləri olmadığını qəbul edib. Onlar “bəli, bunlar bizim torpaqlarımız deyil, Azərbaycan torpaqlarıdır. Amma biz təslim olmayacağıq - döyüşəcəyik” - deyiblər”, - Lukaşenko bildirib.
Belarus prezidenti qeyd edib ki, o, İrəvanla Bakı arasında problemin sülh yolu ilə həllinə çağırıb:
“Lakin Ermənistanın Baş naziri Nikol Paşinyan “Xeyr, döyüşəcəyik” deyirdi. “Döyüşdülər. İndi niyə Rusiyadan, hətta bizdən inciyirsiniz? Paşinyan Qarabağın  Azərbaycanın ərazisidirBəs onda niyə indi Rusiyadan, hətta bizdən də inciyirsiniz?” \\Yeniavaz.com 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.223400