Lukaşenko Putinlə görüşə gedib
2023-09-14 12:58:39

Hurriyyet.az “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyaya işgüzar səfərə gedib.
“Pul Pervoqo” “Teleqram” kanalının məlumatına görə, sentyabrın 15-də Lukaşenkonun rusiyalı həmkarı Vladimir Putinlə görüşü gözlənilir. Prezidentlərin beynəlxalq və regional problemləri, əməkdaşlıq məsələlərini müzakirə edəcəkləri bildirilir.
Putinlə Lukaşenko ötən dəfə iyul ayında Rusiyada görüşmüş, “Rusiya-Afrika” sammitində iştirak etmişdilər.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya