Lukaşenko: “Prezidentlikdən “doymuşam”

2022-08-30 19:07:00

Lukaşenko: “Prezidentlikdən “doymuşam”

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko artıq prezidentlikdən “doyduğunu” deyib. O, bu sözləri Minskdə keçirilən partiya quruculuğu və vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı müşavirədə söyləyib: “Məni xalqdan qorxmaqda, kürsüdən yapışmaq itəməkdə, məni yenidən prezident seçmələri üçün öz adamlarımı toplamaqda ittiham edəcəklər.

Mənim heç vaxt belə bir məqsədim olmayıb, heç vaxt da olmayacaq.  Mən artıq prezidentlikdən bax beləcə “yeyib doymuşam”.

Belarus prezidenti öz qarşısına hakimiyyəti saxlamaq vəzifəsi qoymadığını, onun üçün belə bir problemin olmadığını deyib.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.063311