Lukaşenko Polşaya üz tutdu: “Köçkünlərin Almaniyaya geçməsinə imkan verin”

2021-11-26 16:46:00

Lukaşenko Polşaya üz tutdu: “Köçkünlərin Almaniyaya geçməsinə imkan verin”

Hurriyyet.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Polşa rəhbərliyinə müraciət edərək, qaçqınların bu ölkənin ərazisindən Almaniyaya buraxmasını xahiş edib.

Lukaşenko Minskin qaçqınları zorla ölkəsindən qovmayacağını və miqrantların Qərbə getməsinin qarşısını almayacağını söyləyib.

Belarus Prezidenti öz vətəninə qayıtmaq istəyən miqrantlara da kömək göstəriləcəyini vəd edib.

Biz heç nəyi zorla etməyəcəyik. Buradan getmək istəsəniz – kömək edərik. İstəməsiniz – həyatınızı qorumaq üçün hər şeyi edəcəyik”.

 

Hürr Tərcüman